Yazını böyüt
Yazını kiçilt
Gecə saatlarında Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən restoranlardan birinin qarşısında insident baş verib.
“Qafqazinfo” xəbər verir ki, cinsi azlıq nümayəndələri (transseksuallar) restorana buraxılmadıqlarına görə orada səs-küy salaraq ictimai asayişi pozublar. Onların ərazidə xidmət aparan polis əməkdaşına da zərbə endirdiyi bildirilir.
Əldə etdiyimiz məlumata görə, xuliqanlıq əməli törətmiş cinsi azlıq nümayəndələri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.
İnsidentin görüntülərini Baku.ws-ə istinadən təqdim edirik: